2022-ci ilin birinci yarımilində Azərbaycanda 33 511 yeni iş yeri açılıb.

İndex.az xəbər verir ki, yeni açılmış iş yerləri baxımından liderlik 27 177 yeni iş yeri ilə Bakı şəhərindədir. Abşeron rayonu 734 yeni iş yeri ilə ikincidir. Qəbələ rayonu Gəncə, Sumqayıt kimi iri şəhərləri qabaqlayaraq 572 yeni iş yeri ilə siyahıda üçüncüdür.

Dövlət Statistika Komitəsinin saytında yer alan məlumata əsasən, Lerik və Ucar rayonlarında birinci yarımildə cəmi 1 yeni iş yeri açılıb. Naxçıvan Muxtar Respublikasının Culfa, Ordubad, Sədərək, Şahbuz rayonlarında isə 2022-ci ildə yeni iş yeri açılmayıb.

İndex.az ən çox yeni iş yeri açılmış 15 şəhər və rayonun siyahısını təqdim edir: