"Azəristiliktəchizat" ASC vakant vəzifələri tutmaq üçün işə qəbul elan edir.

İndex.az şirkətə istinadən xəbər verir ki, səhmdar cəmiyyətə sədrin köməkçisi vakansiyası üzrə namizəd axtarılır.

Namizədlərə tələblər aşağıdakı kimidir:

Texniki ixtisas üzrə bakalavr təhsilinin olması;

İstehsalat sahə üzrə ən azı 1 il iş təcrübəsi;

MS ofis proqramları (MS Word, MS Excel və s.) ilə sərbəst işləmə bacarığı;

Vəzifə öhdəlikləri:

İş gününün planlaşdırılması,  görüşlər, səfərlər, müsahibələr, zənglər, qəbullar,  tədbirlər və digər fəaliyyətlər üçün qrafikin hazırlanması və əlaqələndirilməsi;

Cəmiyyətin fəaliyyət sahəsinə aid olan tədbirlərin keçirilməsi işinin təşkil edilməsində iştirak etmək;

Keçirilən iclasların, görüşlərin hazırlanması. lazımi materialların toplanması, iclasların vaxtı, yeri, gündəliyi barədə aidiyyəti işçilərin məlumatlandırılması, protokolların və digər sənədlərin aparılması;

Cəmiyyətin fəaliyyəti ilə bağlı olan bütün materialların gündəlik qısa məzmunu barədə məlumat hazırlamaq, işlərin gedişi və planların icrası barədə mütəmadi olaraq məlumat vermək;

Əmr və sərəncamlarının hazırlanmasında iştirak etmək, Cəmiyyətin aparatının struktur bölmələri tərəfindən işlərin icra vəziyyətinə dair məlumat hazırlamaq,  müvafiq sənədləri rəhbərə təqdim etmək;

Xidməti zərurətlə əlaqədar rəhbərlə operativ əlaqə saxlamaq və yaranmış vəziyyətlə bağlı rəhbərin verdiyi göstəriş və tapşırıqların yerinə yetirilməsi üçün operativ iş qurmaq;

Səlahiyyətləri çərçivəsində digər tapşırıqları yerinə yetirmək.

İş qrafiki

İş vaxtı: Bazar ertəsi-Cümə, 08:30-17:30

Əmək haqqı

Əmək bazarına uyğun rəqabətli əmək haqqı təklif olunur.

Xatırladaq ki, "Azəristiliktəchizat" ASC-nin sədri İlham Mirzəliyevdir.