30.06.2022-ci il tarixinə Azərbaycan banklarının əldə etdiyi mənfəətin yarısından çoxu 2 bankın payına düşür. İndex.az-ın araşdırmasına əsasən, ümumilikdə banklarımız 400 milyon 832.981 min manat qazanc əldə edibsə, təkcə "Kapital Bank"ın və Azərbaycan Beynəlxalq Bankının birlikdə əldə etdiyi xalis mənfəət 245 milyon 488.300 min manata bərabərdir.
Hesabat dövründə xalis mənfəətə görə lider "Kapital Bank"dır - 127.071 milyon manat. İkinci yerdəki ABB-nin yarımillik qazancı isə 118.417 milyon manatdır.
İndex.az bankların iki rüb ərzində xalis mənfəətlərinin dinamikasını araşdırıb. Bu baxımdan da ABB və "Kapital Bank" digər banklardan bir neçə baş üstündür.
Ümumilikdə əksər banklar ikinci rübü pozitiv başa vurub. Lakin ikinci rübdə mənfi göstəricilər nümayiş etdirən banklar da olub.
İndex.az ilk rüblə müqayisədə ikinci rübdə bankların mənfəət/zərərinin dinamikasını təqdim edir:

