Bu ilin yanvar-yul aylarında Azərbaycanda icbari tibbi sığorta haqları üzrə daxilolmalar 458,6 milyon manat təşkil edib.
İndex.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, proqnoza nisbətən 3,3%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 40,5% çoxdur.
7 aylıq icbari tibbi sığorta daxilolmalarının 311,6 milyon manatı qeyri-büdcə təşkilatlarının payına düşüb. Bu isə proqnoza nisbətən 1,8%, 1 il əvvəllə müqayisədə isə 52,8% çoxdur.
