Dünyanın ən köklü texnologiya şirkətlərindən biri olan IBM-in bir çox insanı işdən çıxaracağı öyrənilib.

İndex.az xəbər verir ki, son rüb hesabatı açıqlandıqdan sonra IBM-in 3 min 900 nəfəri işdən çıxaracağı öyrənilib.

IBM-dən verilən açıqlamaya görə, ixtisarların əsas səbəbi gəlirlərin azalması deyil:

"Bir çox texnoloji şirkətlər artan xərclər və yavaşlayan bazar şərtləri səbəbindən çalışanlarını işdən çıxarmağa başlayıblar".

Qeyd edək ki, 2021-ci ildən etibarən şirkətin işçilərinin sayı 22 min nəfər azalıb.

Bundan əlavə "Google" 12 min, "Microsoft" 10 min, "Meta" 11 min və "Amazon" 17 min nəfəri işdən çıxaracağını bildirib.