"Hyundai" Türkiyədə baş vermiş zəlzələ ilə bağlı yenidən yardım edəcəyini açıqlayıb.
İndex.az xəbər verir ki, mərkəzi Kahramanmaraşda olan və 10 əyalətə birbaşa təsir edən güclü zəlzələlərdən sonra "Hyundai" yaraların sağalmasına kömək etməyə davam edir.
Bu yaxınlarda "Hyundai" zəlzələdən zərər çəkmiş bölgələrə yardım çatdırmaq üçün AFAD-a xilasetmə vasitələri və əsas ehtiyaclar daxil olmaqla 10 milyon lirə dəstək verdiklərini açıqlamışdı.
Bu gün edilən açıqlamada bu yardımdan əlavə markanın Cənubi Koreyadakı baş qərargahının zəlzələ fəlakətindən zərər çəkmiş ərazilərə 1,8 milyon dollar yardım etdiyi bildirilib.
Bununla yanaşı "Toyota" və "Lexus" da zəlzələdən zərər çəkmiş ərazilərə 20 milyon lirə yardım edəcəyini və 500-ə yaxın konteyner evin ehtiyacı olanlara təslim ediləcəyini açıqladı.
