"Huawei"in son vaxtlar haqqında çoxlu iddialar edilən yeni üçqat qatlanan smartfonu bu dəfə vizual sızıntı sayəsində mediada yayılıb.

İndex.az xəbər verir ki, "Digital Chat Station"ın apardığı araşdırma sayəsində, "Huawei" tərəfindən hazırlanan bu yeni cihazın prototipi ortaya çıxıb.

Yeni telefon həm içəriyə, həm də xaricə qatlana bilən mexanizmə malikdir.

Cihazın ekran ölçüsünün təxminən 10 düym olduğu təxmin edilir.

Bununla belə, cihazın digər qatlana bilən telefonlarla müqayisədə daha qalın olduğu bildirilir ki, bu da başa düşüləndir.

Bu telefon bir çox yüksək texnoloji xüsusiyyətlərə malikdir və qısa müddətdə ona rəqib ola biləcək bir telefonun yaradılma ehtimalı yoxdur.

Nəzərinizə çatdıraq ki, bu innovativ cihazın qiyməti çox yüksək olacaq.

Çünki şirkətin əsas məqsədi satışların sayından çox brendin imicini artırmaqdır.