Hindistan istehsalı olan "iPhone Pro" və "Pro Max" modelləri bu il satışa çıxacaq.
İndex.az xəbər verir ki, "Apple" bu il Hindistanda istehsal olunan "iPhone Pro" və "Pro Max" modellərini təqdim etməyi planlaşdırır.
Yayılan məlumata görə, "Foxconn Technology Group" bu ilin payızında qlobal bazara çıxarıldıqdan bir neçə həftə sonra yeni cihazların istehsalına başlayacaq.
"iPhone 16 Pro" və "Pro Max"ı qlobal təqdimat üçün mümkün qədər tez istehsal etmək istəyən şirkətin Tamil Nadu əyalətinin cənubundakı fabrikdə minlərlə işçini öyrətdiyi bildirilib.
