ABŞ-da keçirilən hazırkı sorğuya görə, xalqın 49% dəstəyini qazanan Demokratlar Partiyasının namizədi Kamala Harris rəqibi Donald Trampı üç pillə qabaqlayır.

İndex.az xəbər verir ki, "New York Times" (NYT) tərəfindən dərc edilən məlumatda bildirilib ki, Harris sorğuda iştirak edənlərin 49%, Tramp isə 46% dəstəyini ala bilib.

Sözügedən sorğunun 29 sentyabr-6 oktyabr tarixləri arasında ölkə daxilində aparıldığını bildirən NYT, Harrisin əvvəlki anketlərlə müqayisədə ilk dəfə Trampı qabaqladığını vurğuladı.

Qeyd edək ki, NYT son dəfə bu sorğunu sentyabrın ortalarında aparıb və həmin sorğuda hər iki rəqib 47%-lik dəstək alıb.