"Haribo" Niderlandda satılan bəzi paketlərində marixuana izləri aşkar edildikdən sonra məhsulu geri çağırmağa başlayıb.

İndex.az BBC-yə istinadən xəbər verir ki, bir kiloluq paket "Haribo Happy Cola F!ZZ" yeyən bəzi insanlar, o cümlədən eyni ailənin birdən çox üzvü özlərini pis hiss ediblər.

Niderland Qida Təhlükəsizliyi Təşkilatının (NVWA) sözçüsü bəzi insanların bu şirniyyatları yedikdən sonra başgicəllənmə hiss etdiyini söylədi. "Nümunələr götürülüb və onlarda marixuana aşkarlanıb", - qurum Niderlandın SBS6 telekanalına bildirib.

"Haribo" sözçüsü BBC-yə bildirib ki, onlar bu qarışıqlığın necə baş verdiyini müəyyən etmək üçün polislə birlikdə işləyirlər.