30.06.2022-ci il tarixinə I dərəcəli kapitalın adekvatlıq əmsalı ən yüksək olan bank Pakistan Milli Bankının Bakı filialıdır.
İndex.az-ın araşdırmasına görə, Pakistan Milli Bankının Bakı filialının I dərəcəli kapitalın adekvatlıq əmsalı 335.82%-dir. İkinci yerdəki İran Milli Bankının Bakı filialının göstəricisi 57.88%, üçüncü yerdəki "Bank Avrasiya"da isə 53.83%-dir.
Qeyd edək ki, Mərkəzi Bankın I dərəcəli kapitalın adekvatlıq əmsalına görə minimal tələbi 5%-dir.
İndex.az 30.06.2022-ci il tarixinə əsasən bankların I dərəcəli kapitalın adekvatlıq əmsalı üzrə renkinqini təqdim edir:

