Gürcüstan hökuməti turizmdən rekord gəlirlər barədə açıqlama verib.

İndex.az xəbər verir ki, rəsmi məlumata görə, təkcə iyul ayında ölkə turizmdən 476 milyon dollar əldə edib.

Bu 2019-cu ilin o vaxt rekord sayılan göstəricisindən 20% artıqdır.

Baş nazir İrakli Qaribaşvili bildirib ki, 2022-ci ildə turizmdən ümumilikdə 1,6 milyard dollar gəlir əldə edilib. Bu 2021-ci ildən 130% artıqdır.

Yanvar-iyun aylarında ölkəyə 1,05 milyon turist gəlib, bu əvvəlki ildən 2 ldəfə artıqdır.