Rusiyada "Google" xidmətlərinə giriş getdikcə çətinləşir.
İndex.az xəbər verir ki, Rəqəmsal Rabitə Nazirliyinin açıqlamalarına görə, "Google" Rusiya telefon nömrələrinə SMS doğrulama mesajlarının göndərilməsini əhəmiyyətli dərəcədə azaldıb.
Bu, yeni istifadəçilərin "Google" hesabları yaratmasının qarşısını alır.
Telekommunikasiya operatorları da "Google" tərəfindən göndərilən doğrulama SMS-lərinin əhəmiyyətli dərəcədə azaldığını təsdiqləyiblər. "Google" istifadəçiləri hələlik iki faktorlu autentifikasiya üçün SMS istifadə etməyə davam edə bilsələr də, Nazirlik bu vəziyyətin daimi olmaya biləcəyi barədə xəbərdarlıq edib.

Bu kontekstdə Rusiya hakimiyyəti "Google" xidmətlərindən asılılığın azaldılmasını tələb edib. O, həmçinin onları məlumatlarının ehtiyat nüsxəsini çıxarmağa çağırıb. "Yandex" kimi yerli alternativlərdən istifadə də təkliflər arasındadır.
Əslində, rusiyalı istifadəçilər aylardır ki, yeni "Google" hesablarının açılması ilə bağlı problemlər barədə məlumat verirlər. Amma bu ayın əvvəlində problemlər daha aydın göründü. “Google”a məxsus “YouTube” avqust ayında Rusiyada çıxış kəsilməsi və yavaşlama ilə üzləşib.

Rusiya hakimiyyəti "YouTube"u Ukrayna gərginliyinə qarşı terror məzmunlu məlumat yaymaqda ittiham edib. Platformanın tamamilə bloklana biləcəyi ilə bağlı narahatlıq da artır. Təbii ki, "Google" un Rusiyadakı xidmətlərini tədricən məhdudlaşdırması Ukraynadakı hadisələrlə bağlıdır.
Alternativ yoxlama üsulları və ya yerli xidmətlər hazırlanmasa, Rusiya istifadəçiləri "Google"un təklif etdiyi əsas platformalardan məhrum ola bilərlər. Bu vəziyyət Rusiyanın rəqəmsal müstəqilliyə doğru yeni addımlar atmaq qərarını sürətləndirə bilər.
