"Google" Hindistanın cənubundakı Andhra Pradeş əyalətində süni intellekt infrastrukturunun yaradılmasına qarşıdakı beş il ərzində 15 milyard dollar sərmayə qoymağı planlaşdırır.

İndex.az xəbər verir ki, bu, şirkətin Hindistana bu günə qədər etdiyi ən böyük investisiya olacaq.

İnvestisiya çərçivəsində Visakhapatnam liman şəhərində data şəhərciyi tikiləcək. Kampusun ilkin olaraq 1 giqavat gücü olacaq, lakin məqsəd gələcəkdə onu multi-giqavat gücünə qədər genişləndirməkdir.