“Goldman Sachs” analitiklərinin Federal Açıq Bazar Komitəsinin martın 22-də keçiriləcək iclasında faiz artımı ilə bağlı gözləntiləri dəyişib.
İndex.az xəbər verir ki, “Goldman Sachs”dan bildirilib ki, FED-in uçot dərəcələrini artırması ilə bir həftə ərzində ABŞ-da üç bankın iflas etməsindən sonra FED-dən mart ayında faiz artımı gözlənilmir.
SVB-nin iflasının səbəbi FED-in sərt pul siyasətidir.
Belə ki, bank uzunmüddətli istiqrazlara böyük sərmayə qoymuşdu, lakin uçot dərəcələri yüksəldikcə istiqrazların dəyəri azaldı.
Ümumiyyətlə FED uçot dərəcələrini artırdığı üçün bütün bankların borclanma xərcləri artıb.
