İpoteka və Kredit Zəmanət Fondu ölkə üzrə ipoteka kreditlərinin say və məbləğini açıqlayıb. 

Index.az xəbər verir ki, Fondun baş meneceri Rasim Abdullayev müvafiq məlumatı qurumun fəaliyyət istiqamətləri üzrə tətbiq edilən mexanizmlərə dair təlimdə dilə gətirib. 

Onun sözlərinə görə, ölkə üzrə ipoteka kreditlərinin həcmi 5.1 milyard manat təşkil edir. 

“Dövlət xətti ilə 54.8 min şəxsə 3.5 milyard manat ipoteka krediti verilib. Bankların daxili ipoteka proqramları ilə üzrə isə 12.9 min şəxsə 1.6 milyard manat kredit ayrılıb”, - deyə o vurğulayıb. 

Baş menecer bildirib ki, Fondun xətti ilə verilmiş ipoteka kreditlərinin təxminən 32%-i güzəştli kateqoriyaya aid şəxslərə aiddir. 

“Kreditlərin böyük hissəsi, 67%-i gənclərə və gənc ailələrə verilib”, - deyə Abdullayev qeyd edib. 

Onun gözlərinə görə, kreditlərin 22%-i regionlarda (52 region) verilib.