2023-cü ildə Azərbaycanda dövlət büdcəsinin kəsiri 2579,3 milyon manat proqnozlaşdırılır.

İndex.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bunun da 1405,3 milyon manatının (54,5%) borclanma, 1 074 milyon manatının (41,6%) vahid xəzinə hesabının qalığı, 100 milyon manatının isə (3,9%) özəlləşmədən daxilolmalar hesabına maliyyələşdirilməsi nəzərdə tutulur.