Bu yaxınlarda yeni "Galaxy S23" seriyasını rəsmi olaraq təqdim edən "Samsung" rekordlar vurmağa davam edir.

İndex.az xəbər verir ki, "Galaxy S23", 2Galaxy S23 Plus" və "Galaxy S23 Ultra" modellərindən ibarət seriya Cənubi Koreyada ön sifariş rekordu vurub.

Məlum olduğu kimi, "Samsung" öz ölkəsi Cənubi Koreyada möhkəm və sadiq müştəri bazasına ev sahibliyi edir. Həm performansı, həm də kamera xüsusiyyətləri ilə diqqət çəkən "Galaxy S23" seriyasının bunu bir daha sübut etdiyini söyləyə bilərik.

Belə ki, "Samsung" "Galaxy S23" modelləri üçün qabaqcadan 1,09 milyon sifariş alıb və "Galaxy S22" seriyasının 1,01 milyonluq sifariş rekordunu üstələyib.