"Ford" 3,5 milyard dollarlıq batareya zavodu inşa etmək istəyir.

İndex.az xəbər verir ki, ABŞ-ın ən böyük avtomobil istehsalçılarından biri olan "Ford", Çinin "Contemporary Amperex Technology" (CATL) texnologiyasından istifadə edərək Miçiqanda batareya fabriki qurmaq üçün 3,5 milyard dollar sərmayə qoymağı planlaşdırdığını açıqlayıb.

Şirkətdən verilən açıqlamada "Ford"un dünyanın ən böyük batareya istehsalçılarından biri olan Çin mərkəzli CATL ilə yeni anlaşma imzaladığı bildirilib.

Açıqlamada bildirilib ki, "Ford" müqavilə çərçivəsində Avropa və Asiyada 13 fabrikə sahib olan CATL-nin litium dəmir fosfat (LFP) batareya hüceyrəsi məlumat və xidmətlərindən istifadə edərək batareya istehsal edəcək.

Bununla yanaşı qurulan zavodun 2026-cı ildə istehsala başlayacağı və zavodda 2500 işçinin fəaliyyət göstərəcəyi bildirildi.