Qlobal avtomobil sənayesi elektrik avtomobillərinə keçdiyi üçün "Ford" Avropada təxminən 3800 nəfəri işdən çıxaracaq.

İndex.az xəbər verir ki, şirkətdən verilən açıqlamaya görə, yaxın 3 ildə Almaniya və İngiltərədə müvafiq olaraq təxminən 2300 və 1300 nəfər işdən çıxarılacaq.

"Ford"un "Elektrikli Avtomobillər üzrə Avropa Biznes Bölməsi" meneceri Martin Sander bildirib ki, "Ford"un gələcəkdə Avropada davamlı gəlir əldə etməyini təmin etmək üçün geniş tədbirlər görülməlidir:

"Nəqliyyat vasitələrinin inkişafı, istehsalı və satışında dəyişiklikləri təmin etmək üçün bir sıra addımlar atılmalıdır. Bu, təşkilati struktura da təsir edəcək”.