Beynəlxalq kredit reytinq agentliyi "Fitch Ratings" ABŞ-da borc limitinin artmamasının ölkə banklarının əməliyyat mühitinə təzyiq göstərə biləcəyini bildirib.

İndex.az xəbər verir ki, "Fitch"dən verilən açıqlamada bildirilib ki, federal hökumətin ABŞ-da borc limitini artırmaması və ya dayandırmaması ABŞ banklarına dolayı təsir göstərə bilər. O cümlədən bazarın pozulmasının bankların qiymətləndirməsinə də mənfi təsiri olacaq.

Açıqlamada bu ssenarinin hal-hazırda baş verməsinin gözlənilmədiyi bildirilsə də, borc limitinin tükənməsinin ABŞ bankları üçün əməliyyat mühitində təzyiqə səbəb ola biləcəyi qeyd edilib.

ABŞ federal hökumətinin yanvarın 19-da borc limitinə çatdığını və ABŞ "Maliyyə Nazirliyi"nin "fövqəladə tədbirlər" tətbiq etdiyini xatırladan bəyanatda, "Fitch"in ölkənin defolt etməməsi üçün borc limitinin bir daha artırılacağına və ya dayandırılacağına inandığı bildirilib.

Açıqlamada, ölkənin borcunu ödəməməsinin qarşısını almaq üçün vaxtında borc limitinin yüksəldilməməsi və ya dayandırılması halında ABŞ-ın kredit reytinqinin aşağı salınacağı bildirilib.