Fərdi motosiklet istehsalçısı "Maksvell Hazan" qeyri-adi dizaynlar bölməsinə yeni bir model əlavə edib.
İndex.az xəbər verir ki, şirkət "Ferrari F355"in 3,5 litrlik "Ferrari V8" mühərrikini motosikletə yerləşdiriblər.
1994-1999-cu illər arasında istehsal edilən "Ferrari F355" mühərriki 375 at gücü ilə bir dövrə damğasını vurub.
"Ferrari"nin normal olaraq bu mühərriklə əldə etdiyi maksimum sürət 295 km/saat civarında olsa da, bu gücün "Hazan"ın ultra yüngül motosiklet şassisi ilə necə performansa çevriləcəyi artıq maraq doğurur.
[video width="720" height="1280" mp4="https://index.az/wp-content/uploads/2025/04/34a4a977-e6cf-4e09-a541-bbdc3980b99a_fhd.mp4"][/video]
