Türkiyənin "Fənərbağça" klubu baş məşqçisi Joze Mourinyo ilə yollarını ayırıb.
İndex.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisi məlumat paylaşıb. Məlumata görə, Mourinyo "Fənərbaxça"dan 15 milyon avro təzminat alacaq.
Qeyd edək ki, 62 yaşlı portuqaliyalı mütəxəssis 2024/2025 mövsümündən "Fənərbağça"ya rəhbərlik edirdi. "Fənərbağça"nın bəzi rəsmi şəxsləri isə baş məşqçi postuna İsmayıl Kartalı gətirmək istəyir.
