Güləşçimiz Jalə Əliyeva Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarında yunan-roma güləşi üzrə qızıl medal qazanıb.
İndex.az xəbər verir ki, sosial şəbəkələrdə isə güləşçimizin uğurundan daha çox Azərbaycan Güləş Federasiyasının rəsmi səhifəsində onunla bağlı paylaşım müzakirə olunur. Belə ki, Federasiya rəsmi feysbuk səhifəsində xanım idmançımızın qələbəsini “Oğulsan, Jalə, oğul!” başlığı ilə təqdim edib. Bu isə istifadəçilər tərəfindən müzakirə və tənqidlərə səbəb olub.
İzləyicilər paylaşımı qadın güləşçimizə qarşı qeyri-etik hərəkət hesab ediblər.
Qeyd edək ki, Jalə Əliyeva nigeriyalı Ester Kolayevanı 14:6 hesabı ilə məğlub edərək qızıl medal qazanıb.


