ABŞ Federal Ehtiyat Sistemi (FED) müflis olan “Silikon Vadisi Bankı”nın (SVB) nəzarəti ilə bağlı araşdırma aparacağını açıqlayıb.
İndex.az xəbər verir ki, FED-in verdiyi açıqlamada bildirilib ki, Maliyyə Qurumları üzrə vitse-prezident Maykl Barın rəhbərlik edəcəyi araşdırmanın nəticəsinin mayın 1-də açıqlanacaq.
Qeyd edək ki, SVB-nin iflasından sonra Mərkəzi Bankın bu məsələyə olan nəzarəti tənqid olunub.
Məhs bundan sonra FED-in SVB-nin iflasını nəzərdən keçirmə qərarına gəlməsi diqqət çəkib.
