FED sədri Cerom Pauelin inflyasiyanın inkişafı ilə bağlı şərhləri "Bitcoin"in qiymətini avqust ayından bəri ən yüksək səviyyəyə çatdırıb.

İndex.az xəbər verir ki, Pauelin inflyasiyanın inkişafı ilə bağlı şərhləri investorlar tərəfindən gələcəkdə daha mülayim pul siyasəti aparılacağına işarə kimi anlaşıldığından investorların risk iştahını artırdı və "Bitcoin" qiyməti sürətlə yüksəldi.

Beləliklə "Bitcoin"in qiyməti 24 min dolları keçərək avqust ayından bəri ən yüksək səviyyəyə çatdı.