ABŞ Federal Ehtiyat Sisteminin (FED) İdarə Heyətinin üzvü Kristofer Uoller kripto pul aktivlərinə sahib olanların bütün investisiyalarını itirə biləcəyi barədə xəbərdarlıq edib.

İndex.az xəbər verir ki, Uoller bildirib ki, kriptovalyuta bazarında baş verən son hadisələrdən sonra banklar fırıldaqçılıq riski ilə bağlı daha diqqətli olmalı, özlərini zərərli sənaye nümayəndələrindən və maliyyə sistemi üçün yarana biləcək risklərdən qorumalıdırlar.

Uollerin kriptovalyuta treyderlərinə etdiyi xəbərdarlıq daha sərt olub:

"Heç bir real dəyəri olmayan aktivlər kimi kriptovalyutalar da risklidir. Əgər insanlar belə bir aktivə sahib olmaq istəyirlərsə, o zaman davam etsinlər".