Fed prezidenti Ceyms Bullard faiz dərəcələrinin 5,375 faizə çata biləcəyini proqnozlaşdırıb.
İndex.az xəbər verir ki, Fed sədri Ceyms Bullard CNBC-yə verdiyi açıqlamada ABŞ iqtisadiyyatının bazarların proqnozlaşdırılandan daha dayanıqlı olduğunu və faiz artımlarının davam etməsi lazım olduğunu bildirib.
Bullard faiz dərəcələrinin 5,375 faizə çata biləcəyini proqnozlaşdırıb:
"Bizim hələ çox uzun yolumuz var. Getdiyimiz yerə çatdıqdan sonra məlumatların necə inkişaf etdiyini görəcəyik. FED son faiz dərəcəsinə çatdıqda yavaşlamalıdır".
Bullard qeyd edib ki, əmək bazarının gücünü saxlamaqla inflyasiyanı azaltmaq mümkün olacaq.
Fed rəsmisi, 2023-cü ildə inflyasiyanın yavaşlayacağını və böyümədə mülayim bir yavaşlama müşahidə ediləcəyini bildirib.
