ABŞ Federal Ehtiyat Sisteminin (FED) qərarından sonra qızılın qiyməti stabil olaraq qalıb.
İndex.az xəbər verir ki, qızıl həftənin dördüncü ticarət günündə bir unsiya üçün 2 min 365 dollara satılır.
Bazar ertəsi bütün zamanların ən yüksək səviyyəsinə çatan qızıl çərşənbə gününü 1,7% itki ilə bağladı.
FED-in iclasının protokolları rəsmilərin inflyasiyadan narahat olduğunu və inflyasiya risklərinin artacağı təqdirdə bəzi üzvlərin pul siyasətini sərtləşdirməyə hazır olduğunu göstərdi.
