Dünyadakı ixtisar dalğasına "Ericsson" da qoşulub.

İndex.az xəbər verir ki, İsveçin telekommunikasiya nəhəngi "Ericsson"dan verilən açıqlamada bildirilib ki, qlobal miqyasda xərcləri azaltmaq üçün şirkət təxminən 1400 işçini ixtisar edəcək.

Şirkət daha əvvəl bəzi bazarlarda tələbin azalması ilə əlaqədar 2023-cü ildə xərcləri 880 milyon dollar azaltmağı planlaşdırdığını açıqlamışdı.

Məsələyə yaxın mənbələr bir neçə gündən sonra digər ölkələrdə də ixtisarların elan ediləcəyini bildirib.

Şirkət ən son 2017-ci ildə minlərlə işçini işdən çıxartmışdı.

Son zamanlar "Meta" kimi texnologiya nəhəngləri, eləcə də telekommunikasiya şirkətləri işçi qüvvəsini azaldırlar.