Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələ bölgəsində açıqlamalar verib.

İndex.az xəbər verir ki, R.T.Ərdoğan açıqlamasında indiyə qədər həyatını itirənlərin sayının 14 min 14-ə, yaralıların sayının isə 63 min 794-ə yüksəldiyini qeyd edib.

Ərdoğanın açıqlamalarından diqqət çəkən məqamlardan biri bu gün TBMM-də 3 ay müddətinə fövqəladə vəziyyət elan ediləcəyidir.

Bununla yanaşı prezident dağılan binaları 1 il ərzində yenidən tikməyi planlaşdırdıqlarını bildirib.