2022-ci ilin birinci yarımilində Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 827.1 manat təşkil edib.
İndex.az-ın araşdırmasına görə, Bakı şəhəri 1065.7 manat orta aylıq nominal əməkhaqqı ilə ölkə üzrə liderdir. 858.5 manatla Daşkəsən rayonu siyahıda ikinci, Gədəbəy rayonu isə 737.9 manat orta aylıq nominal əməkhaqqı ilə üçüncüdür.
Dövlət Statistika Komitəsinin saytında yer alan məlumata əsasən, 448.2 manat orta aylıq nominal əməkhaqqı ilə Qax rayonu bu göstəricidə sonuncudur.
İndex.az 2022-ci ilin birinci yarımili üzrə ən çox orta aylıq nominal əməkhaqqına malik 15 şəhər və rayonu təqdim edir:

