Aparıcı Elvin Basqallı “Azəristiliktəchizat” ASC-də vəzifəyə təyin olunub.

İndex.az xəbər verir ki, ona qurumun mətbuat katibi vəzifəsi həvalə edilib.

Məlumatı E. Basqallı saytımıza təsdiqləyib.

Qeyd edək ki, aparıcı bu gün “Xəzər” telekanalından getdiyini açıqlayıb.