2022-ci ilin yanvar-iyul ayları ərzində Azərbaycana xaricə 41 361 ədəd avtomobil idxal edilib.
İndex.az Dövlət Gömrük Komitəsinin statistik məlumatlarına istinadən xəbər verir ki, bu ilin 7 ayında ölkəmizə xaricdən idxal olunan avtomobilin dəyəri 541 milyon 650,67 min ABŞ dolları təşkil edib.
Bu, ötən ilin yanvar-iyul ayları ilə müqayisədə say baxımından 12,69% az olsa da, dəyər baxımından 14,12% çoxdur.
İdxal olunmuş avtomobillər içində minik avtomobilləri liderlik təşkil edir. 38 140 ədəd idxal edilmiş minik avtomobilinin 30 884 ədədi daxili yanma mühərrikli, 7 070 ədədi həm daxili yanma, həm də eliktirik mühərrikli, 186 ədədi isə sırf elektirik mühərrikli olub. Hansı ki, ötən ilin ilk 7 ayında ölkəmizə xaricdən sırf elektrik mühərrikli 44 ədəd avtomobil idxal olunub. Bu da illik müqayisədə 4,22 dəfə çoxdur.
Qeyd edək ki, minik avtomobilinin idxalı ümumi idxalın 77,3%-ni (418 658.67 min ABŞ dolları) təşkil edib.
Azərbaycana xarici ölkələrdən əlavə olaraq 329 ədəd sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitələri, 2 717 ədəd yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələri, 176 ədəd xüsusi təyinatlı mühərrikli nəqliyyat vasitələri idxal olunub.
Mirəli Qasımov - İndex.az
