Mədən şirkəti "Fortescue" şirkəti və tikinti avadanlığı hazırlayan "Liebherr" şirkəti nəhəng şarj cihazı hazırlayıblar.
İndex.az xəbər verir ki, şirkətlər birlikdə çalışaraq elektrikli nəhəng yük maşınının 1900 kVt/saatlıq akkumulyatorunu 30 dəqiqəyə doldura bilən 6 MVt gücündə super sürətli şarj cihazı ərsəyə gətiriblər.
Bu cihaz iki şirkətin keçən həftə "MINEexpo" sərgisində imzaladığı 4 milyard dollarlıq müqavilənin kiçik bir hissəsidir.
Bu müqavilə çərçivəsində 485 sıfır emissiyalı "Liebherr" maşını, 360 avtonom elektrikli yük maşını, 55 elektrikli ekskavator və 60 elektrikli traqktor istehsal olunacaq.
Avtomobillərin akkumulyator güc sistemləri "Fortescue"nun texnologiya qolu olan "Fortescue Zero" tərəfindən hazırlanacaq.
Robot qoşulma variantları ilə təchiz edilən şarj cihazı 6 MVt-a qədər güc təmin etməklə 240 tonluq nəhəng avtonom mədən yük maşını "Liebherr T 264"ü 30 dəqiqəyə doldura biləcək.
