Bu ilin yanvar-iyul aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 32 321 milyon manat təşkil edib.
İndex.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,6% çoxdur.
Son 1 ildə ölkədə adambaşına düşən nominal gəlir isə 0,2% artaraq 3 228 manata çatıb.
