Dünyada əhalinin ən çox məskunlaşdığı ada İndoneziyanın Yava adasıdır.

İndex.az xəbər verir ki, "Global İndex"in araşdırmasına görə, Yava adasının 153 milyon nəfər əhalisi var.

İndex.az dünyada əhalinin ən çox məskunlaşdığı adaları sizə təqdim edir:

1. Yava, İndoneziya: 153 milyon

2. Honşu, Yaponiya: 103 milyon

3. Böyük Britaniya (ada), Böyük Britaniya: 67 milyon

4. Luzon Filippin: 64 milyon

5. Sumatra, İndoneziya: 59 milyon

6. Madaqaskar: 30 milyon

7. Mindanao, Filippin: 27 milyon

8. Tayvan: 24 milyon

9. Salsette, Hindistan: 24 milyon

10. Borneo, İndoneziya, Malayziya, Bruney: 24 milyon