Bu ilin yanvar-may aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə daxilolmalar 7 milyard 843,3 milyon manat təşkil edib.

İndex.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,4 % çoxdur.

Vergi daxilolmaları proqnozdan 5,7 % çox icra edilib.

Xatırladaq ki, bu il Dövlət Vergi Xidməti büdcəyə 15,5 milyard manat vəsait köçürməlidir. Beləliklə, 5 ay ərzində həmin məbləğin 50,6 %-i təmin olunub.