“Henley & Partners” konsaltinq şirkəti varlı insanların ən çox olduğu şəhərlərin reytinqini açıqlayıb. Reytinq beynəlxalq özəl kapital miqrasiyasının tendensiyalarını izləyən “New World Wealth”in məlumatlarına əsaslanır. Ən zəngin 10 şəhər onlarda yaşayan insanların sayına görə sıralanıb, onların hər birinin sərvəti 1 milyon dolları ötür.

İndex.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Beləliklə, reytinqin ilk iyirmiliyi aşağıdakı şəhərlər tutur:

1.Nyu-York (345.6 min nəfər)

2.Tokio (304.9 min)

3.San-Fransisko (276.4 min)

4.London (272.4 min)

5.Sinqapur (249.8 min)

6.Los-Anceles

7.Çikaqo

8.Hyuston

9.Beijinq

10.Şanxay

11.Sidney

12.Honkonq

13.Frankfurt

14.Toronto

15.Sürix

16.Seul

17.Melburn

18.Dallas, Fort-Uert

19.Cenevrə

20.Paris

“New World Wealth” ekspertlərinin fikrincə, Dubay, Mumbay və Şenjen kimi şəhərlərin varlı sakinlərinin sayı o qədər sürətlə artır ki, 2030-cu ilə qədər bu şəhərlər də planetin ən zəngin 20 şəhəri sırasına daxil olacaq.