AnTuTu bençmarkı bazarda ən güclü “Android” smartfonlarının siyahısını yeniləyib.
İndex.az xəbər verir ki, reytinq bençmarkın rəsmi saytında dərc olunub.
Qlobal bazarda ən məhsuldar flaqmanlar siyahısında birinci yeri “Snapdragon 8 Gen 2” çipi sayəsində 1 283 893 bal toplayan “Vivo X90 Pro +” tutub.
Reytinqin ikinci cərgəsini 1 272 580 balla oxşar prosessorlu iQOO 11, üçüncü yeri isə “Snapdragon 8+ Gen 1” prosessoru ilə “Legion Y70” (1 112 092 xal) tutub.
Subflaqmanlara gəlincə, bu reytinqdə lider “Xiaomi 12T” (821 860 xal) olub. İkinci və üçüncü yerləri “Realme GT Neo 3” (812,167 xal) və “Poco X4 GT” (806,615 xal) tutub.
“Xiaomi 12T” smartfonu isə “Dimensity 8100-Ultra” çipində işləyir. Onun ən yaxın iki izləyici isə daha “sadə” Dimensity 8100 çipinə sahibdir.
