Mauritsio Kattelanın sənət aləmində böyük hiddət və sensasiyaya səbəb olan divara yapışdırılmış banan əsəri satışa çıxarılıb.

İndex.az xəbər verir ki, müasir incəsənət bazarının absurdluğunun simvolu kimi 2019-cu ildə internetdə yayılan əsərin üç nüsxəsindən biri üçün hərrac keçiriləcək.

Divara yapışdırılmış banan əsəri 1,5 milyon dollar dəyərində qiymətləndirilir.