Keçən il dünyanın ikinci ən varlı adamı olmuş hindli milyarder Qautam Adaninin sərvəti ABŞ-ın "Hindenburg Research" təşkilatının iddialarından sonra sürətlə azalıb.

İndex.az xəbər verir ki, "Hindenburg Research" tərəfindən keçən həftə açıqlanan hesabatda "Adani Group"un səhmlərin manipulyasiyası və mühasibat saxtakarlığı ilə məşğul olduğu məlum olub.

Bundan sonra Qautam Adaninin biznesi bir həftə ərzində 108 milyard dollarlıq zərər edib.

Ötən il 147 milyard dollarlıq sərvətlə dünyanın ikinci ən zəngin iş adamı olan Adani çıxan qalmaqallı xəbərlərdən sonra şəxsi sərvətindən təxminən 57 milyard dollar itirib.