2023-cü ildə enerji istehsalı zamanı atmosferə ən çox karbon emissiyası Çində buraxılıb.
İndex.az xəbər verir ki, "Global İndex"in araşdırmasına görə, Çində enerji istehsalı zamanı atmosferə 12,603 meqaton karbon emissiyası buraxılıb.
İndex.az 2023-cü ildə enerji istehsalı zamanı atmosferə ən çox karbon emissiyaları buraxan ölkələri sizə təqdim edir:
1. Çin 🇨🇳: 12,603
2. ABŞ 🇺🇸: 5,130
3. Hindistan 🇮🇳: 3,121
4. Rusiya 🇷🇺: 2,176
5. Yaponiya 🇯🇵: 1,038
6. İran 🇮🇷: 937
7. İndoneziya 🇮🇩: 861
8. Səudiyyə Ərəbistanı 🇸🇦: 726
9. Kanada 🇨🇦: 599
10. Cənubi Koreya 🇰🇷: 594
