ABŞ-ın maliyyə xəbərləri agentliyi - “Dow Jones”un təşkilatçılığı ilə dünyada “Risk Journal Summit”lərin keçirilməsinə start verilib.

İndex.az xəbər verir ki, ilk belə tədbir ötən gün Dubayda (BƏƏ) baş tutub.

Məqsəd ən vacib maliyyə, geosiyasi, texnoloji və tənzimləyici çətinliklər barədə müzakirələr aparmaq üçün ən yaxşı risk və uyğunluq mütəxəssislərini bir araya gətirməkdir.

“Risk Journal Summit”lərin Nyu-York (ABŞ), London (Böyük Britaniya) və Sinqapurda da təşkil edilməsi, risk və dayanıqlıq sahəsində vacib dialoq üçün qlobal bir dövrə qədəm qoyulması planlaşdırılır.

“Dow Jones Risk” şirkətinin icraçı vitse-prezidenti və baş meneceri Joel Lange bildirib:

“Sürətli tənzimləyici dəyişikliklər və geosiyasi sürtünmənin artdığı bir dövrdə riski qabaqcadan görmək qabiliyyəti artıq arxa ofis funksiyası deyil, idarəetmənin vacib hissəsidir. Dünya səviyyəli jurnalistikamızın və ekspert təhlilimizin ciddiliyini ön plana çıxaran “Risk Journal Summit” liderlərin bugünkü mürəkkəb risk mənzərəsində hərəkət etmələri üçün ən uyğun məkandır”.