Dünya bazarında neftin qiymətləri artıb.

Belə ki, WTI markalı neftin fevral fyuçersləri 0,42% bahalaşaraq, bir barelin qiyməti 80,67 ABŞ dolları olub.

“Brent” markalı neftin mart fyuçersləri 0,34% bahalaşaraq, bir barelin qiyməti 86,45 ABŞ dolları təşkil edib.

Mənbə: Bloomberg