ABŞ-ın “Dow Jones” - maliyyə xəbərləri agentliyi yerli logistika şirkətini onun xəbərlərini oğurlayıb yaydığı üçün məhkəməyə verib.
İndex.az xəbər verir ki, oğurluq media qurumuna məxsus “The Wall Street Journal”dan edilib. Məhkəmə ötən ay şirkətin agentliyə 1,28 milyon ABŞ dolları kompensasiya ödəməsi barədə qərar çıxarıb.
“Dow Jones”un baş müşaviri Ceyson Konti bildirib: “Dow Jones” jurnalistikada dürüstlüyünü və dəyərini qorumağa dərindən sadiqdir. Bizim xəbərləri oğurlamağa və qazanc əldə etməyə cəhd edən hər kəsi təqib edərək ən vacib sərvətimizi qorumağa davam edəcəyik”.
