Bu ilin yanvar-oktyabr aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə daxilolmalar 5 milyard 255,7 milyon manat təşkil edib.

İndex.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4 % azdır.

Gömrük daxilolmaları proqnozdan 3,2 % az icra edilib.

Xatırladaq ki, bu il DGK büdcəyə 6,6 milyard manat vəsait köçürməlidir. Beləliklə, 10 ay ərzində həmin məbləğin 79,6 %-i təmin olunub.