AMB rəsmilərinin faiz artımı ilə bağlı fikir ayrılıqları artarkən, diqqətlər ECB-nin bu həftə verəcəyi qərara yönəldi.

İndex.az xəbər verir ki, Avropa Mərkəzi Bankı qlobal maliyyə bazarlarında qeyri-müəyyənliyin artdığı bir şəraitdə faiz qərarını açıqlamağa hazırlaşır.

Bankın bu həftə 50 baza bəndi faiz artımı ilə davam edəcəyi gözlənilir.

Bank rəsmilərinin fikir ayrılıqları ilə yanaşı, ABŞ-ın SVB bankının müflis olması yeni qeyri-müəyyənlik kimi ortaya çıxdı.

AMB-nin SVB-nin müflis olmasının yaratdığı risklərə görə may ayında 50 baza bəndi artımdan imtina edəcəyi gözlənilir.