İsveçrənin "Sun-ways" startapı ölkədəki dəmir yolu xəttinin 100 metrlik hissəsində 18 kVt gücündə pilot günəş enerjisi sistemi qurmağı planlaşdırır.

İndex.az xəbər verir ki, bunun üçün lazımi icazələr də verilib.

2025-ci ildə həyata keçiriləcək bu pilot layihədə "Sun-ways" hər birinin gücü 380 Vt, ümumi gücü 18 kVt olan 48 paneldən ibarət fotovoltaik (PV) sistemi qurmağı planlaşdırır.

Ümumi dəyəri 621 min 800 avro olan layihə istehsal olunan elektrik enerjisini yerli şəbəkəyə ötürəcək.

Bu fərqli günəş elektrik stansiyası ideyası ilk dəfə 2023-cü ildə gündəmə gətirilərkən, texnologiya üçün texniki istinadların olmaması səbəbindən FOT tərəfindən müvəqqəti olaraq rədd edilib.

Ancaq "Sun-ways" iki professorun müstəqil qiymətləndirmə aparması ilə layihəni yenidən gündəmə gətirdi.

Yoxlamalar nəticəsində elektrik stansiyasının dəmir yolu xəttinin təhlükəsizlik meyarlarına tam uyğun olduğu müəyyən edilib.