İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin bu gün keçirdiyi növbəti hərracda 8 lot üzrə 11 nəqliyyat vasitəsi və 2 texnika özəlləşdirilib.
İndex.az bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, hərraca çıxarılan nəqliyyat vasitələri və texnikaya ümumilikdə 37 sifariş qəbul edilib. Bunlardan 13-ü onlayn qaydada həyata keçirilib.
Rəqabətli keçən hərracda start qiyməti 14 000 manat olan “BMW 740 Li” markalı avtomobil 19 100 manata, 14 400 manat olan lot üzrə 2 nəqliyyat vasitəsi isə 21 100 manata satılıb.
Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə linki vasitəsilə tanış olmaq mümkündür.
Növbəti hərraclar 3, 10, 11, 18 və 24 iyunda keçiriləcək. Hərraclara 5 səhmdar cəmiyyətinin səhm paketi və 81 nəqliyyat vasitəsi çıxarılacaq.
Hərraca çıxarılan əmlakların siyahısı ilə linki vasitəsilə tanış olmaq mümkündür.
Hərraclara iştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” internet saytlarından seçim edə bilərlər.
